Geri

FHN-in İctimaiyyətlə əlaqə idarəsi Nardaran qəsəbəsində tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi 29 may 2019-cu il tarixində Bakı şəhəri Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərin öyrənilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə çıxış edən FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva Nazirliyin fəaliyyət istiqamətləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr barədə məlumat verib.

Tədbirdə İdarənin əməkdaşları “Zəlzələ”, “Məişətdə yanğın”, “Meşədə yanğın”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “Çimərlikdə təhlükəsizlik qaydaları” mövzusunda çıxış edib, sualları cavablandırıblar.

Sonda məktəbə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici çap materialları təqdim edilib.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu