Geri

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayonu Qarabörk kənd tam orta məktəbində və Gəncə Regional Mərkəzi Göygöl rayonu Çaykənd kənd S.Əliyev adına tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Toplantılarda FHN-in əməkdaşları, həmin məktəblərin müəllim və şagirdləri iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda kollektivin biliklərinin artırılması olub.

Toplantılarda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar telefon xətti” mövzularında çıxışlar edilib.

Sonda mövzulara dair videoçarxlar nümayiş olunub və iştirakçılara maarifləndirici çap materialları paylanılıb. 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi uşaq bağçası-körpələr evində “dəyirmi masa” keçirib

18 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşklilatçılığı, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayon 7 nömrəli Uşaq Bağçası-Körpələr Evində “Fövqəladə hallarla bağlı qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanada maarifləndirmə tədbiri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 18 iyun 2019-cu il tarixində Səbail rayonu, H.Rzayeva küçəsi 3 ünvanda yerləşən “Promenade Hotel”  mehmanxanasında növbəti maarifləndirmə tədbirini keçirib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib. ...

Ardını oxu