Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

24 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə Səbail rayonu, Əhməd Cavad küçəsi 9-da yerləşən Bül-bül adına orta ixtisas məktəbində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xəttinə nə vaxt zəng etməli” “Odsöndürənlərdən istifadə qaydası” adlı slaydlar təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkan qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb.

 

Digər məlumatlar

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Anzov kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi Samux rayonu Lək kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Qımıl kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 18 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Paradise” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 17 sentyabr 2019-cu il tarixində Tərtər rayonu Bəyimsarov kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Qarabağ Regoinal Mərkəzinin və rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi iştirak etdiyi tədbirdə məqsəd, şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış......

Ardını oxu