Geri

Bakı Metropoliteninin “28 May” stansiyasında şərti yanğın üzrə təlim-məşq keçirilib

24 may 2019-cu il tarixində Bakı Metropoliteninin “28 May” stansiyasının maşın zalında Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı Metropoliteni üzrə DYN şöbəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə maili enişdə kabellərdə baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi üçün təlim-məşq keçirilib.

Şərti yanğın hadisəsinin söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon DYMH-nin əməkdaşları gəlib. Şərti yanğında, həmçinin, DYMX-nin Operativ Hissəsinin yanğınsöndürənləri də iştirak edib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələnə qədər Metropolitenin işçiləri tərəfindən yanğının söndürülməsinə ilkin müdaxilə edilib. Yanğınsöndürənlər gəldikdən sonra yanğınsöndürmə rəhbərinə təmas xəttindən yüksək (825) Volt gərginliyin çıxarılması barədə buraxılış vərəqəsi verildikdən sonra yanğın yanğınsönürənlər tərəfindən söndürülüb.

Yanğının söndürülməsinə təqribən saat 01:25 radələrində başlanılıb və yanğın 02:05 radələrində söndürülüb.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu