Geri

FHN-in İctimaiyyətlə əlaqə idarəsi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi 23 may 2019-cu il tarixində Bakı şəhəri “Zəngi” liseyində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Almaz Əsgərova görüşün təşkili üçün FHN-ə təşəkkürünü bildirib və fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərin öyrənilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva Nazirliyin fəaliyyət istiqamətləri, təbii və texnogen xarakterli fövqəladə hadisələr barədə məlumat verib.

Görüşdə İdarənin əməkdaşları “Zəlzələ”, “Məişətdə yanğın”, “Meşədə yanğın”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “Dəm qazı” mövzusunda məruzələrlə çıxış edib, sualları cavablandırıb.

Sonda məktəbə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici çap materialları təqdim edilib.

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu