Geri

FHN-in Akademiyasında “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın növbəti toplantısı keçirilib

30 aprel 2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın toplantısı keçirilib.

Tədbiri giriş söz ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev Ulu Öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir: “Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilib. Azərbaycanı böyük bir fəlakətdən xilas edərək dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını hazırlayıb. Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışaraq, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutub”.

Akademiyanın rəisi çıxışanda qeyd edib ki, Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsidir.

Tədbirdə çıxış edən Akademiyanın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən söhbət açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyev öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük Azərbaycanlıdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu