Geri

FHN-in Şimal Regional Mərkəzində zona birinciliyi keçirilib

30 aprel 2019–cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən şəhər və rayonların məktəbləri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

Əvvəlcə, yarış iştirakçıları Mərkəzin həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Tədbirdə çıxış edən natiqlər yarışların yeniyetmələrin, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi təhlükəsizliklə bağlı məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin aşılanmasında böyük rol oynadığı bildirib.

Yarışa şəhər və rayonlardan 5 komanda qatılıb. Gərgin və şəffaf keçən estafetlərdə gənclər öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Mərhələlər üzrə toplanan ümumi xalların nəticəsinə görə, Quba rayonu Qaraçay kənd tam orta məktəbinin komandası I, Siyəzən şəhər 2 nömrəli tam orta məktəbinin komandası II, Şabran şəhər 4 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Komandalar göstərdiyi yüksək nəticələrə görə kuboklarla, fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.

Qalib olan Quba rayonu Qaraçay kənd tam orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ əldə edib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu