Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında 30 aprel 2019-cu il tarixində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının açılış mərasimində çıxış edən FHN-in Cənub Regional Mərkəzinin rəis vəzifəsini müvəqqəti icra edən mayor Müsəddiq Əsədov yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışaraq keçirilən tədbirin məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasında böyük rol oynayacağına əmin olduğunu bildirib.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Lənkəran rayon V.Qasımov adına Digah kənd tam orta məktəbin komandası I yer, Masallı rayonu Qəriblər kənd tam orta məktəbin komandası II yeri, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə diplomlarla təltif olunmuşdur.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika mərhələsində iştirak etmək hüququ əldə edib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu