Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 29 aprel 2019-cu il tarixində Yasamal rayonu E.Məmmədov adına 21 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

Tədbirdə ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkan qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar , kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd edilib. Həmçinin, “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti” və “Odsöndürənlərdən istifadə qaydaları” adlı videoçarxlar nümayiş olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş edilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər iştirakçılara paylanılıb. 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu