Geri

FHN-in Akademiyasında intellektual bilik yarışmasına yekun vurulub

27 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xəmsə” intellektual oyunları və Akademiyanın Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xəmsə” intellektual bilik yarışması keçirilib. Yarışmada Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Heydər Əliyev adına Ali Hərbi Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının komandaları iştirak edib.

Yarış iştirakçıları əvvəlcə FHN-in Akademiyasının Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bilik yarışmasının keçirilməsinin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onların bilik və elmi nüfuzunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir.

Yarışda hər birində dörd komanda olmaqla iki qrup üzrə bölünüb və komandaların tərkibi beş iştirakçıdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində uğurla çıxış edən Azərbaycan Dövlət İqtisad Universiteti qalib adına layiq görülüb. Daxili İşlər Nazirliyinin Polis Akademiyası ikinci, üçüncü yerə isə Bakı Ali Neft Məktəbi vəsiqə qazanıb.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

16 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib. ...

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazax rayonu H. Qaratel adına ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi  16 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 2 saylı tam orta məktəbdə, Göygöl şəhər 3 saylı tam orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Xaçmaz ...

Ardını oxu