Geri

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirilib

17 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.

Müşavirədə Sabunçu rayon İcra Hakimiyyəti və yerli icra nümayəndəliklərinin, eyni zamanda bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri  iştirak edib.

Tədbirdə Sabunçu rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə tədbir iştirakçıları məlumatlandırılıb, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib, müvafiq məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.

Toplantıda çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı iştirakçılara geniş məlumatlar veriblər.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış Qaydaları”na dair videoçarx nümayiş etdirilib.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayonu Qarabörk kənd tam orta məktəbində və Gəncə Regional Mərkəzi Göygöl rayonu Çaykənd kənd S.Əliyev adına tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirib. Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

24 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə Səbail rayonu, Əhməd Cavad küçəsi 9-da yerləşən Bül-bül adına orta ixtisas məktəbində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu