Geri

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi İsmayıllı rayonu Qalınçaq kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Aşağı Xuc kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbində və Sumqayıt Regional Mərkəzi Abşeron rayon Mədəniyyət Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Toplantılarda dinləyicilərə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112” qaynar xətti”  haqqında geniş məlumatlar verilib. Mövzular video çarxlar vasitəsilə müşayiət olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayonu Qarabörk kənd tam orta məktəbində və Gəncə Regional Mərkəzi Göygöl rayonu Çaykənd kənd S.Əliyev adına tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirib. Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

24 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə Səbail rayonu, Əhməd Cavad küçəsi 9-da yerləşən Bül-bül adına orta ixtisas məktəbində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu