Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti üçün maarifləndirmə tədbiri keçirilib

17 aprel 2019-cu il tarixində FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xətai rayonunda yerləşən inzibati binasının akt zalında Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları üçün növbəti maarifləndirmə tədbiri keçirilib.

Toplantı DYMX-nin fəaliyyət xüsusiyyətlərinə müvafiq olaraq termiki yanıqlar və dəm qazı ilə zəhərlənmələr zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarına, həmçinin yanğınsöndürənlərin psixoloji hazırlığı, ilkin psixoloji yardımın göstərilməsinə dair mövzulara həsr edilib.

Tədbiri giriş sözü ilə açan Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşı tibb xidməti mayoru Xanım Sofiyeva Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının şərəfli peşəsinin psixoloji xüsusiyyətlərini, yanğınsöndürənlərin vacib peşəkar keyfiyyətlərini qeyd edib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində aparılan müxtəlif xarakterli qəza-xilasetmə işləri zamanı zərər çəkmiş şəxslərə və onların yaxınlarına mənəvi dəstəyin göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Baş idarənin əməkdaşı tibb xidməti kapitanı Leyla Babayeva termiki yanıqlar, tənəffüs yollarının yanıqları, eləcə də dəm qazı ilə zəhərlənmə, belə hallarda göstərilən ilkin tibbi yardım barədə məlumat verib. Leytenant Davud Sultanov isə psixoloji hazırlığın, eyni zamanda zərərçəkənlərə psixoloji yardımın əhəmiyyətindən danışıb.

Tədbirdə mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb

 

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayonu Qarabörk kənd tam orta məktəbində və Gəncə Regional Mərkəzi Göygöl rayonu Çaykənd kənd S.Əliyev adına tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirib. Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

24 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə Səbail rayonu, Əhməd Cavad küçəsi 9-da yerləşən Bül-bül adına orta ixtisas məktəbində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu