Geri

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 16 aprel 2019-cu il tarixində "Bakı Qida və Yağ Fabriki” MMC-də “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının  təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin nümayəndələri, müəssisənin rəhbər və işçi heyəti iştirak ediblər.

Məşqin keçirilməsində məqsəd baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza xilasetmə və yanğın söndürmə qüvvələrinin hadisələrin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinin və cəlb edilən rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətin, eləcə də rəhbərlik tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.

Tədbirdə fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə təşkil edilib.

Tədbirin sonunda məşqin yekunu qiymətləndirilib, nöqsanların aradan qaldırılması üçün təkliflər verilib.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust 2019-cu il tarixində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 7 saylı, L.T.İbrahimov küçəsi 4 saylı, 20 Yanvar küçəsi 1, 2 və 4A saylı binaların sakinləri, həmçinin Sabirabad rayon Quruzma kənd sakinləri üçün, Cənub regional Dövlət Yanğın Nəzarəti......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu