Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 aprel 2019-cu il tarixində Tərtər rayonu Şıxarx qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları və məktəbin kollektivinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd məktəblilərin təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərinin təkmilləşdirilməsi olub. Əməkdaşlar təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edərək, “Dəm qazı”, “Zəlzələ”, “Mülki müdafiənin məqsəd və vəzifələri” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında ətraflı məlumatlar veriblər.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına videoçarx nümayiş olunub, maarifləndirici çap məhsulları paylanılıb.

 

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayonu Qarabörk kənd tam orta məktəbində və Gəncə Regional Mərkəzi Göygöl rayonu Çaykənd kənd S.Əliyev adına tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirib. Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

24 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti FHN-in Bakı Regional Mərkəzi ilə birgə Səbail rayonu, Əhməd Cavad küçəsi 9-da yerləşən Bül-bül adına orta ixtisas məktəbində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu