Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Xəzər rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri ilə birlikdə 15 aprel 2019-cu il tarixində Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən “Jumerian Bilgəh Beach Hotel”ində yanğın-taktiki təlim keçirib.

Təlimdə otelin yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılıb, yanğınsöndürənlər tərəfindən şərti yanğının söndürülməsi əməliyyatı həyata keçirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanılıb, ”Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası otelin rəhbərliyinə təqdim edilib. Sonda suallar cavablandırılıb.

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust 2019-cu il tarixində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 7 saylı, L.T.İbrahimov küçəsi 4 saylı, 20 Yanvar küçəsi 1, 2 və 4A saylı binaların sakinləri, həmçinin Sabirabad rayon Quruzma kənd sakinləri üçün, Cənub regional Dövlət Yanğın Nəzarəti......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu