Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

15 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayonu Bostançı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, zəlzələ, qar uçqunu, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.

Toplantıda məişətdə yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust 2019-cu il tarixində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 7 saylı, L.T.İbrahimov küçəsi 4 saylı, 20 Yanvar küçəsi 1, 2 və 4A saylı binaların sakinləri, həmçinin Sabirabad rayon Quruzma kənd sakinləri üçün, Cənub regional Dövlət Yanğın Nəzarəti......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu