Geri

Fövqəladə Hallar Nazirliyində beynəlxalq müsabiqə qalibi olmuş məktəblilərin təltifetmə mərasimi keçirilib

29 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində “Fəlakəti gözlərimlə gördüm” adlı Uşaq Rəsmlərinin Beynəlxalq İncəsənət Müsabiqəsində yer tutmuş azərbaycanlı məktəblilərin təltifetmə mərasimi keçirilib. Bolqarıstan Respublikasının Daxili İşlər Nazilrliyi tərəfindən təşkil olunmuş beynəlxalq müsabiqəyə göndərilən işlər arasında Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Nəzərova Finarə Elşən qızının rəsmi işi Qran-Pri mükafatına, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Kəbirlinskaya Fidan Samir qızına məxsus rəsm isə birinci yerə layiq görülüb.

FHN-də keçirilən təltifetmə mərasimində həmin məktəblilərə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş fəxri fərman və hədiyyələr, eyni zamanda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Fəxri fərmanlar və hədiyyələr FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Eldar Əlizadə tərəfindən təqdim olunub.

Xatırladaq ki, hər iki məktəbli Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda VIII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri olublar.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri sahəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 iyul 2019-cu il tarixində Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında burada maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu