Geri

Aran Regional Mərkəzi mülki müdafiə üzrə maarifləndirmə tədbiri keçirib

2019-cu ilin 28 mart tarixində Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsi 2019-cu il üçün “Mülki Müdafiə üzrə Tədbirlər Planı”na əsasən Naftalan şəhər 1 saylı Mənzil İstismarı Sahəsinin ərazisinə daxil olan ictimai binaların sakinləri ilə açıq səma altında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, xidmət sahələrinin nümayəndələri və sakinlər iştirak ediblər.

Məqsəd təbii olaraq baş verə biləcək fövqəladə hadisələr, zəlzələlər, yanğınlar və s. kimi hallar zamanı əhalinin öz üzərinə düşən funksional vəzifələrini yerinə yetirmələri sahəsində maarifləndirilməsi, eləcə də sakinlərin belə hadisələr ilə bağlı nəzəri biliklərinin artırılması, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın gücləndirilməsi, operativliyin sürətləndirilməsi və əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməsi olub.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı” və “112” zəng mərkəzi” mövzularında çıxışlar edilib. 

Sonda mövzular üzrə çıxışlar dinlənilib, müvafiq suallar ətraflı şəkildə cavablandırılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu