Geri

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri keçirilib

2019-cu ilin 28 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Sabunçu rayonundakı 107 nömrəli orta məktəbdə, Şimal Regional Mərkəzi Siyəzən rayonu Yenikənd kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi Lənkəran şəhər Uşaq Poliklinikasında “Fövqəladə hallar zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Tədbirlərdə qeyd edilən müəssisələrin kollektivinə müxtəlif xarakterli təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.

Həmçinin, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin roluna dair məruzələr edilib.

Sonda suallar cavablandırılıb, mövzular ilə bağlı fotoslayd və videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu