Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Nəsimi 650” bədii qiraət müsabiqəsi keçirilib

15 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Nəsimi 650” bədii qiraət müsabiqəsi keçirilib.

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev tədbirin əhəmiyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, şəxsi heyət və kursantların asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə “Nəsimi 650” bədii qiraət müsabiqəsinin keçirilməsi  mühüm əhəmiyyət kəsb edir.

Sonra müsabiqəyə start verilib. Müsabiqədə iştirak edən 9 kursant böyük Azərbaycan şairi İmadəddin Nəsimin şeir və qəzəllərindən ibarət kompozisiyalar təqdim ediblər.

Sonda ilk 3 yerin qalibi münasiflər heyəti tərəfindən mükafatlandırlıb, onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu

FHN əməkdaşı cempionatın qalibi olub

2019-cu il 15-17 mart tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə Avropa və dünya çempionatına seçmə xarakterli Pauerliftinq, benç-press......

Ardını oxu

Akademiyada Novruz bayramı qeyd olunub

2019-cu il 18 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın əziz və müqəddəs bayramı olan “Novruz” münasibəti ilə tədbir keçirilib. ...

Ardını oxu