Geri

FHN qurumları arasında keçirilən stolüstü tennis çempionatına yekun vurulub

2019-cu il 13-15 mart tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu FHN işçilərinin Həmkarlar İttifaqı ilə birgə nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirib.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman zalında təşkil edilən çempionata 17 komanda olmaqla 60-a yaxın idmançı qatılıb. “Dairəvi” sistem üzrə yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA), üçüncü yeri isə Şimal Qərb Regional Mərkəzinin (ŞQRM) komandaları tutub.

Şəxsi göstəricilərə görə birinci yerə Əli Bayramov (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Faiq Nəcəfi (FHN-in Akademiyası),  üçüncü yerə isə Rüstəm Buğluyev (Mülkü Müdafiə Qoşunları) layiq görülüb.

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Komanda və şəxsi hesaba görə qalib gəlmiş idmançılara növbəti yarışlarda uğurlar arzulamış, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişlər.

Sonda qalib gələn idmançılara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 20 may 2019-cu il tarixində Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhəri "Kür Hazırlıq Mərkəzi" MMC-də FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 17 may 2019-cu il tarixində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə 17 may 2019-cu il tarixində Mərkəzin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu