Geri

Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

2019-cu il 15 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Naftalan şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etdiyi tədbirin  keçirilməsində məqsəd fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə hazır olmaqdır.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”  və “112” qaynar xətti” mövzularında çıxışlar edilib və mövzulara aid videoçarxlar nümayiş olunub. 

Sonda suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları və yaddaş kitabçaları paylanılıb.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu

FHN əməkdaşı cempionatın qalibi olub

2019-cu il 15-17 mart tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə Avropa və dünya çempionatına seçmə xarakterli Pauerliftinq, benç-press......

Ardını oxu

Akademiyada Novruz bayramı qeyd olunub

2019-cu il 18 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın əziz və müqəddəs bayramı olan “Novruz” münasibəti ilə tədbir keçirilib. ...

Ardını oxu