Geri

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirilib

2019-cu il 14 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Şimal Regional Mərkəzi birgə maarifləndirmə tədbiri keçirib.

Siyəzən rayonunun Böyük Həmyə kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları və istismar qaydaları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda kiçikhəcmli gəmi sürücülərinə kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı təlimat ətraflı şəkildə izah edilib.

Sonda kiçikhəcmli gəmilərin istifadəçilərinə təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu

FHN əməkdaşı cempionatın qalibi olub

2019-cu il 15-17 mart tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə Avropa və dünya çempionatına seçmə xarakterli Pauerliftinq, benç-press......

Ardını oxu

Akademiyada Novruz bayramı qeyd olunub

2019-cu il 18 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın əziz və müqəddəs bayramı olan “Novruz” münasibəti ilə tədbir keçirilib. ...

Ardını oxu