Geri

Təhsil Kompleksində maarifləndirmə tədbiri keçirilib

2019-cu il 14 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə Bakı Regional Mərkəzi Səbail rayon 132-134 nömrəli Təhsil Kompleksində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə “112” qaynar telefon xəttinə nə vaxt zəng etməli”, “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı təhlükəsi”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları” mövzusunda ətraflı məlumat verilib və slaydlar nümayiş olunub.

Yanğın təhlükəsizliyi üçün ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağında yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkan qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (kəmərlər, hovuzlar, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi vurğulanıb.

Toplantıda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, tədbir iştirakçılarına “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 20 may 2019-cu il tarixində Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhəri "Kür Hazırlıq Mərkəzi" MMC-də FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 17 may 2019-cu il tarixində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə 17 may 2019-cu il tarixində Mərkəzin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu