Geri

Gəncə Regional Mərkəzində seminar-müşavirə keçirilib

2019-cu il 14 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi Gəncə Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə Gəncə şəhər İcra Hakimiyyəti, özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirib.

Seminar-müşavirədə nazirliyin Baş əməliyyat idarəsinin, Gəncə şəhərindəki yerli qurumlarının nümayəndələri, icra hakimiyyətinin, yerli icra strukturlarının və bələdiyyələrin, həmçinin, müvafiq idarə və müəssisə rəhbərləri iştirak edib.

Tədbirin məqsədi əhalinin həyat təhlükəsizliyinin təmin edilməsi, ərazilərin fövqəladə hallardan etibarlı qorunması sahəsində əlaqədar təşkilatların işinin səmərəli təşkili, fövqəladə hallarda xəbərdarlıq, nəticələrinin aradan qaldırılması sahəsində şəhər fövqəladə hallar komissiyaları, yerli icra strukturları və bələdiyyələrlə birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın təkmilləşdirilməsindən ibarət olub.

Görüşdə fövqəladə hallar ilə bağlı hazırlığın artırılması məqsədilə tövsiyələr verilib, aparılmış monitorinqlərin nəticələri, mövcud problemlər dinlənilib, onların həlli yolları və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 20 may 2019-cu il tarixində Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhəri "Kür Hazırlıq Mərkəzi" MMC-də FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 17 may 2019-cu il tarixində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə 17 may 2019-cu il tarixində Mərkəzin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu