Geri

Regional mərkəzlər tərəfindən maarifləndirmə tədbirləri təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Xəzər rayon 230 nömrəli orta məktəbdə, Şimal Regional Mərkəzi Xaçmaz rayon Aslanoba kənd orta məktəbində, Cənub Regional Mərkəzi Cəlilabad şəhər 5 nömrəli orta məktəbdə və Gəncə Regional Mərkəzi Gəncə Tarix-Diyarşünaslıq Muzeyində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbir iştirakçılarına “Fövqəladə hallar ilə bağlı ümumi məlumat”, “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112” qaynar telefon xətti” haqqında ətraflı məlumat verilib.

Sonda mövzulara dair suallar cavablandırılıb və videoçarx nümayiş etdirilib.

Digər məlumatlar

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu

FHN əməkdaşı cempionatın qalibi olub

2019-cu il 15-17 mart tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə Avropa və dünya çempionatına seçmə xarakterli Pauerliftinq, benç-press......

Ardını oxu

Akademiyada Novruz bayramı qeyd olunub

2019-cu il 18 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın əziz və müqəddəs bayramı olan “Novruz” münasibəti ilə tədbir keçirilib. ...

Ardını oxu