Geri

Beynəlxalq axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə metodiki toplantı keçirilib

2019-cu il 13 mart tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə “Qarşılanma və yolasalma məntəqəsi (RDC) və Əlaqələndirmə mərkəzinin (OSOCC, UCC) fəaliyyətlərinin təşkili” mövzusunda növbəti metodiki toplantı keçirilib.

Toplantı şərti olaraq zərərçəkmiş ölkə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Humanitar Əməliyyatların Koordinasiyası Ofisinin Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzindən (VİRTUAL OSOCC) istifadə qaydaları, Fövqəladə Halların İdarəedilməsi üzrə Yerli Orqanın (LEMA), Qarşılama və yolasalma məntəqəsinin (RDC), Yerli  Əməliyyatların  Koordinasiya  Mərkəzinin (OSOCC) fəaliyyətinin təşkili və iş prinsipləri ilə bağlı məsələləri əhatə edib.

Tədbirdə əsas səylər Nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin bu sahədə vərdişlərin inkişaf etdirilməsinə yönəldilib.

Sonda mövzuya dair münasibətlər bildirilib, görülmüş işlər müzakirə olunub və axtarış-xilasetmə dəstələrinin fəaliyyətinin inkişaf etdirilməsi üçün zəruri məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 20 may 2019-cu il tarixində Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhəri "Kür Hazırlıq Mərkəzi" MMC-də FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 17 may 2019-cu il tarixində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə 17 may 2019-cu il tarixində Mərkəzin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu