Geri

Regional mərkəzlər maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şəki şəhər 11 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi Sabirabad rayon Xəlfəli kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi Xızı rayon C.Novruz adına Sitalçay 1 nömrəli tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbir iştirakçılarına “Fövqəladə hallar ilə bağlı ümumi məlumat”, “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112” qaynar telefon xətti” haqqında ətraflı məlumat verilib.

Sonda mövzulara dair suallar cavablandırılıb və çap məhsulları paylanılıb.

 

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 20 may 2019-cu il tarixində Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhəri "Kür Hazırlıq Mərkəzi" MMC-də FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 17 may 2019-cu il tarixində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə 17 may 2019-cu il tarixində Mərkəzin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu