Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 7 fevral 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhər Qarışıq Tipli Uşaq Evində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və uşaq evinin kollektivi iştirak etmişdir.

Toplantıda  təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilmiş, hər mövzu ilə bağlı fotoslaydlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda iştirakçılara maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 14 fevral 2019-cu il tarixində FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Qaradağ rayonunda yerləşən E.Rzayev adına 127 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

ABŞ-ın Avropa Komandanlığının təmsilçiləri FHN-in qurumlarında görüşlər keçiriblər

13-14 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və “İzotop” xüsusi kombinatında ABŞ-ın Avropa Komandanlığının və Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşlər keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 11-15 fevral tarixlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib....

Ardını oxu