Geri

FHN-in Bakı Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 7 fevral 2019-cu il tarixində Binəqədi rayonundakı 248 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

Keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, verilən suallar ətraflı cavablandırılmışdır.  

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi 20 avqust  2019-cu il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu