Geri

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 6 fevral 2019-cu il tarixində Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsindəki biliklərinin artırılması məqsədilə təşkil olunmuşdur.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 14 fevral 2019-cu il tarixində FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Qaradağ rayonunda yerləşən E.Rzayev adına 127 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

ABŞ-ın Avropa Komandanlığının təmsilçiləri FHN-in qurumlarında görüşlər keçiriblər

13-14 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və “İzotop” xüsusi kombinatında ABŞ-ın Avropa Komandanlığının və Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşlər keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 11-15 fevral tarixlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib....

Ardını oxu