Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Nazirliyin Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 28 fevral 2019-cu il tarixində maarifləndirmə tədbiri keçirib.

Mingəçevir şəhərinin Kür çayı sahilində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.

İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu