Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 27 fevral 2019-cı il tarixində “Hyatt Regency Baku Hotel”ində keçirib.

Tədbirdə mehmanxana rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqlarını, bütün işçilərinin  yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələri xüsusi olaraq vurğulanıb. Eyni zamanda bina və otaqların təmiz saxlanılması, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunması, isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsinin vacibliyi barədə ətraflı söhbət açılıb.

Mehmanxana və mehmanxana tipli obyektlərin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı video-stend nümayiş etdirilib. Həmçinin, yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər metodik vəsait kimi yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün paylanılıb.

Mehmanxananın həyətində əməkdaşlara yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub və yanar ocaq üzərində praktiki şəkildə göstərilməsi təmin edilib.

Sonda suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu