Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 27 fevral 2019-cu il tarixində Xudat şəhər 4 nömrəli tam orta məktəbində “1 mart Beynəlxalq Mülki Müdafiə Günüdür” mövzusunda  maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə mülki müdafiənin məqsədi, prinsipləri, müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.

Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu