Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 27 fevral 2019-cu il tarixində Beyləqan şəhəri 6 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Görüşün məqsədi şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olub. Tədbirdə “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar  edilib, videoçarxlar nümayiş olunub.  

Tədbirin sonunda kollektivi maraqlandıran suallar cavablandırılıb,  maairfləndirici çap materialları paylanıb.

Görüşdə FHN-in yerli qurumlarının və rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kontingenti iştirak edib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu