Geri

FHN-in regional mərkəzlərində və qurumlarında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

25-26 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatında, Cənub, Qarabağ, Muğan, Aran, Gəncə, Sumqayıt və Şimal regional mərkəzlərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. 

Anım tədbirlərində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Sovet ordusunun 366-cı alayı tərəfindən beynəlxalq hüquq normaları kobudcasına pozularaq mühasirəyə alınmış Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı aktı həyata keçirilib. Baş vermiş vəhşiliyi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət kimi xarakterizə edən natiqlər həmin gecə 613 nəfər dinc sakinin məhz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyi vurğulanıb. Bundan başqa, 487 nəfər mülki şəxs ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Qeyd edilib ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub və Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis ilk dəfə bu məsələyə hüquqi-siyasi qiymət verib. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var.

Anım tədbirlərində Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş olunub. 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

27 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər......

Ardını oxu

Türkiyə Respublikası Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti FHN TTNDA-də olub

Türkiyə Respublikası Ətraf mühit və Şəhərsalma Nazirliyinin Tikinti işlərinə nəzarət qurumunun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti 21-23 yanvar 2020-ci il tairxlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində (FHN TTNDA) olub. ...

Ardını oxu

FHN-in "Xilasedici" voleybol komandası ilk qələbəsini qazanıb

25 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti oyunları keçirilib. ...

Ardını oxu