Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbir keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsi “Nord Star Company” şirkətinin müraciəti əsasında 2019-cu ilin fevral ayının 22-də “Leyla Şıxlinskaya Hospitalı”nda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Hospitalın tibb və texniki heyətinin iştirakı ilə keçirilən tədbirdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi qeyd olunaraq bildirilib ki, sözügedən sahənin ərazisi və binaları həmişə təmiz saxlanılmalı, zibil və tullantılar müntəzəm surətdə xüsusi ayrılmış yerlərə daşınmalıdır. Səhiyyə müəssisələrinin binaları yanğınları söndürmək üçün su ehtiyatı ilə təmin edilməlidir. Əczaxana və əczaxana anbarlarında yanğın baş verdikdə müvafiq müəssisə rəhbərləri zəhərli və partlayış təhlükəli maddələrin olması və saxlanılması yerləri haqqında yanğından mühafizə xidmətinin əməkdaşlarını xəbərdar etməlidirlər.

Həmçinin, qeyd olunub ki, ümumi xəstəxana korpusundakı əczaxanalar bir qayda olaraq birinci mərtəbədə yerləşdirilməli, onların çölə müstəqil çıxışı olmalı və başqa təyinatlı otaqlardan yanmayan örtüklər və divarlarla ayrılmalıdır. Su qızdırıcıları və su qaynatmaq üçün xüsusi qurğulu böyük çənlər yalnız mətbəxlərdə, yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda quraşdırıla bilər. Səhiyyə müəssisələrində laboratoriya və anbarlardakı reaktivlər açarla bağlanan şkaflarda saxlanılmalı, açarlar laborantlarda, yaxud digər məsul şəxslərdə olmalıdır. Ümumi miqdarı 3 kiloqramdan artıq olmamaq şərti ilə asan alışan və yanar mayelər yalnız xüsusi metal yeşikdə və qızdırıcı cihazlardan uzaq məsafədə saxlanıla bilər. Digər təyinatlı binalarda yerləşən əczaxanalarda asan alışan və yanar mayelərin ümumi miqdarı 100 kiloqramdan artıq olmamalıdır.

Tədbirin sonunda səhiyyə müəssisəsinin işçilərinə odsöndürənlərdən istifadə qaydaları haqqında məlumat verilib, onlara yanğın təhlükəsizliyi ilə bağlı kitabça və bukletlər paylanılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu