Geri

Avropa İttifaqının PPRD East2 Şərq Proqramının 2-ci fazası çərçivəsində Milli Məsləhət Qrupunun 4-cü iclası keçirilib

Avropa İttifaqının "Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (EU PPRD East2) 2-ci fazası çərçivəsində Milli Məsləhət Qrupunun 21 fevral 2019-cu il tarixində Bakıda Fövqəladə Hallar Nazirliyinin və Şərq Proqramının birgə təşkilatçılığı ilə 4-cü iclası keçirilib.

Tədbirdə Avropa İttifaqı Nümayəndəliyinin, Milli Məclisin, Fövqəladə Hallar, Səhiyyə, Daxili İşlər, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Dəniz Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnistitutunun, Respublka Seysmoloji Xidmət Mərkəzinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açiq Səhmdar Cəmiyyətinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak edib.

İclasda Şərq Proqramının 2014-2019-cu illəri əhatə edən 2-ci fazası ərzində  görülmüş işlər və əldə olunmuş nailliyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, tərəfdaş ölkələrin Avropa İttifaqı ilə mülki müdafiə sahəsində əməkdaşlığının qurulmasına təkan vermiş PPRD East2 proqramı çərçivəsində təşkil olunmuş, Aİ Mülki Müdafiə Mexanizmi ilə əməkdaşlığa və onun iştirakçı ölkələri ilə təcrübə mübadiləsinə yönəlmiş təlimlər mülki müdafiə üzrə bacarıqların artırılması baxımından əhəmiyyət kəsb edib.  Belə ki, Azərbaycanın 24 nəfərlik xilasetmə komandasının Aİ MOLDEX 2017 genişmiqyaslı sahə təlimində iştirakı Tərəfdaş Ölkələr və Avropa İttifaqının üzvü olan Danimarka, Çex Respublikası və Rumıniya ilə əməkdaşlıq, əlaqələndirmə, rabitə imkanlarını və mülki müdafiə bacarıqlarını sınaqdan keçirmək üçün imkan yaradıb. Daşqın risklərinin idarə olunması, fəlakət risklərinin qiymətləndirilməsi, fövqəladə hallarla bağlı xəbərdarlığın artırılması, yardım qəbul edən ölkənin dəstəyi, mülki müdafiə sahəsində könüllülük, elektron regional risk atlasının inkişaf etdirilməsi, fəlakət itkiləri ilə bağlı məlumatların toplanması və işlənməsi, fəlakətlər üzrə erkən xəbərdarlıq sistemləri sahələrində həyata keçirilmiş fəaliyyət fövqəladə halların qarşısının alınması və hazırlıq sahələrində də imkanlarının gücləndirilməsinə öz töhfələrini verib.

Daha sonra tədbirdə fəlakət risklərinin qiymətləndirilməsi, daşqın risklərinin idarə olunması və yardım qəbul edən ölkənin dəstəyi sahələrində keçirilmiş işçi görüşlərdə aparılmış müzakirələrin nəticələri və görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Avropa İttifaqının "Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq Proqramının əsas məqsədi fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahələrində tərəfdaş ölkələrin mülki müdafiə imkanlarının gücləndirilməsi, sözügedən sahələrdə regional əməkdaşlığın inkişafından və tərəfdaş ölkələri Aİ-nin Mülki Müdafiə Mexanizminə yaxınlaşdırmaqdan ibarətdir.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust 2019-cu il tarixində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 7 saylı, L.T.İbrahimov küçəsi 4 saylı, 20 Yanvar küçəsi 1, 2 və 4A saylı binaların sakinləri, həmçinin Sabirabad rayon Quruzma kənd sakinləri üçün, Cənub regional Dövlət Yanğın Nəzarəti......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu