Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

12 fevral 2019-cu il tarixində  Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova arasında görüş keçirilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən görüşdə hər iki ali təhsil ocağının məsul şəxsləri, professor-müəllim heyəti iştirak etmişdir.

Görüş sözügedən ali təhsil müəssisələri arasında əməkdaşlığın təmin edilməsi məqsədilə təşkil olunmuşdur.

FHN-in Akademiyasının nümayəndələrini salamlayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat vermiş və qonaqları Universitetdə yaradılan şəraitlə tanış etmişdir. 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Akademiya müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əlavə təhsilin həyata keçirilməsini təmin edən xüsusi təyinatlı təhsil müəssisəsidir. Hazırda Akademiyada 400 kursant, 29 magistrant təhsil alır və 60-dan çox professor-müəllim heyəti çalışır. Akademiyanı bitirən kursantlar həyat fəaliyyətinin təhlükəsizliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına yiyələnirlər.

Görüşdə FHN-in Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında gələcək əməkdaşlığın perspektivlərindən söz açılaraq iki ali təhsil müəssisəsi arasında münasibətlərin əhəmiyyətindən danışılmışdır.

Daha sonra hər iki ali təhsil müəssisəsi arasında mədəniyyət, elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqavilədə mədəni-kütləvi tədbirlərin və idman yarışlarının, simpoziumların, elmi konfransların və seminarların birgə təşkili, qarşılıqlı maraq kəsb edən  nəşrlərin, videomaterialların və multimedia proqramlarının, tədris və metodiki ədəbiyyatların mübadiləsi nəzərdə tutulmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının akt zalında tədbir keçirilib. ...

Ardını oxu

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 yanvar 2020-ci il tarixində FHN-in bu regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Xanqərvənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu