Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 12 fevral 2019-cu il tarixində Qəbələ rayonunda yerləşən “Qafqaz Resort” Otelində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Otelin əməkdaşları üçün təşkil edilmişdir.
Toplantıda Mərkəzin əməkdaşları tərəfindən “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Yanğın zamanı davranış qaydaları”, “Nəqliyyat qəzaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmişdir.
Tədbirdə, həmçinin mövzulara dair videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 14 fevral 2019-cu il tarixində FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Qaradağ rayonunda yerləşən E.Rzayev adına 127 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib....
Ardını oxu13-14 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və “İzotop” xüsusi kombinatında ABŞ-ın Avropa Komandanlığının və Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 11-15 fevral tarixlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib....
Ardını oxu