Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti İcbari Sığorta Bürosunda görüş-prezentasiya keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 5 fevral 2019-cu il tarixində İcbari Sığorta Bürosunda görüş-prezentasiya keçirmişdir. Görüşdə təbii və texnogen xarakterli fövqəladə hadisələr nəticəsində dəyən ziyanın ödənilməsində icbari sığortanın əhəmiyyətindən danışılmışdır. Bildirilmişdir ki, DYNX-nin Yanğından icbari sığorta işinə nəzarət şöbəsi yanğınlar nəticəsində dəyən ziyanların aradan qaldırılmasında əmlakın sığorta olunmasının əhəmiyyəti haqqında əhalinin biliklərinin artırılmasına çalışır, “İcbari sığortalar haqqında” qanunun əsas məqsədinin yanğın və digər hadisələr nəticəsində əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunmasından və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarət olduğunu vətəndaşların diqqətinə çatdırır.

Görüşdə İcbari Sığorta Bürosu və Dövlət Yanğın Nəzarəti Xidmətinin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər də müzakirə olunmuşdur. Qərara alınmışdır ki, Xidmət tərəfindən xidməti ərazilərdə sahibkarlıq obyektlərində bütün növ sığorta şirkətləri tərəfindən natamam sığortalanmış obyektlər barədə faktlar və məlumatlar toplanılaraq İcbari Sığorta Bürosuna, surətinin isə Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilsin.

Tədbirdə, həmçinin obyektlərin sığortalanmasının dəqiq aparılması üçün bu qurumlar tərəfindən lazımi işlərin görülməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda, FHN DYNX-nin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin, İcbari Sığorta Bürosu, Maliyyə Bazarlarına Nəzarət Palatası və respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin təcrübəli əməkdaşların iştirakı ilə müvafiq görüşlərin təşkilinin, sözügedən sahənin geniş öyrənilməsi məqsədilə Büronun elektron bazasında yerləşdirilmiş məlumatların öyrənilməsi və istifadə edilməsinin təmin olunmasının vacibliyi də diqqətə çatdırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 14 fevral 2019-cu il tarixində FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Qaradağ rayonunda yerləşən E.Rzayev adına 127 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

ABŞ-ın Avropa Komandanlığının təmsilçiləri FHN-in qurumlarında görüşlər keçiriblər

13-14 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və “İzotop” xüsusi kombinatında ABŞ-ın Avropa Komandanlığının və Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşlər keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 11-15 fevral tarixlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib....

Ardını oxu