Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar şəhər 91 nömrəli seçki dairəsinin 3 nömrəli seçki məntəqəsində, Göyçay rayon 88 nömrəli Seçki Dairəsinin 43 nömrəliı seçki məntəqəsində, Zərdab şəhər Uşaq və Ailələrə dəstək mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbində, Füzuli rayon Mollaməhərrəmli kənd tam orta məktəbində, Beyləqan rayon Şərq qəsəbə körpələr evi-uşaq bağçasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon “Az Petrol LTD” MMC-nin 64 nömrəli yanacaq doldurma məntəqəsində, Padar qəsəbəsində yerləşən 16 nömrəli seçki məntəqəsində, Muğan qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində, Sabirabad rayon Qaratəpə kəndində yerləşən 64 nömrəli seçki məntəqəsində, Salyan rayon Yenikənd kəndində yerləşən məcburi köçkünlərim məskunlaşdığı yataqxanada, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Siyazən rayon Eynibulaq kənd İnzibati Ərazi Dairəsində  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu