Geri

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib.

Məşqdə nazirliyin Aparatının və Şimal Regional Mərkəzin əhatə etdiyi ərazidə yerləşən FHN-in qurumlarının struktur bölmələri iştirak etmişdir.

Məşqin keçirilməsində məqsəd cəlb olunan struktur bölmələrinin fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərinin reallığının yoxlanılması, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılması, qərargahların birgə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin müəyyən edilməsi və komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Məşq zamanı baş vermiş şərti fövqəladə hadisələr barədə kəşfiyyat məlumatlarının təhlili, fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi və düzgün qərarların qəbul etmək bacarığı, məşqin keçirilməsi üzrə iş xəritələrinin işlənilməsi, hesabat və məlumat sənədlərinin hazırlanması işi nümayiş olunub.

Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə edilib.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu