Geri

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional nümayəndəliyində, Qazax rayon Qarapapaq kənd ümumi orta məktəbində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi ​Naftalan şəhər Naftalan-Goranboy 96 nömrəli Seçki Dairəsinin 42 nömrəli seçki məntəqəsində, Göyçay rayon 88 nömrəli Göyçay seçki dairəsinin 30 nömrəli seçki məntəqəsində, Kürdəmir şəhər 3 nömrəli Körpələr evi-uşaq bağçasında, Goranboy rayon Yenikənd kənd tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində, Beyləqan rayon Örənqala qəsəbə tam orta məktəbində, Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbi​ndə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Cəngən kənd tam orta məktəbində, İmişli rayon 79 nömrəli Dairə Seçki Komissiyasının 5 nömrəli seçki məntəqəsində, Biləsuvar şəhər  8 nömrəli seçki məntəqəsində, Sabirabad rayon Yaxadəllək kənd tam orta məktəbində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 20, 24 və 32 nömrəli seçki məntəqələrində, 41 nömrəli Seçki Dairəsinin 16 və 18 nömrəli seçki məntəqələrində, 24 nömrəli tam orta məktəbində, 43 nömrəli Seçki Dairəsinin 10 nömrəli seçki məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Masallı şəhər 2 nömrəli Uşaq bağçasında  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Regional mərkəzləri maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 21 yanvar 2020-ci il tarixində Qəbələ rayonunda...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu