Geri

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş növləri üzrə açıq dünya çempionatında iştirak edəcək idmançıların yerləşdiriləcəyi Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Golden Falcon” mehmanxanasında yanğın-taktiki təlim keçirib.   

Təlimdə mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələbləri barədə geniş söhbət aparılıb, yanğınsöndürənlər tərəfindən şərti yanğının söndürülməsi əməliyyatı həyata keçirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanılıb, ”Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası otelin rəhbərliyinə təqdim edilib, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Regional mərkəzləri maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 21 yanvar 2020-ci il tarixində Qəbələ rayonunda...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu