Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Yeni il şənliyi təşkil edib

29 dekabr 2019-cu il tarixindən etibarən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirlik əməkdaşlarının azyaşlı uşaqları üçün “Qafqaz Baku Sahil Hotel”də (Boks Arenası) Yeni il bayramı şənliklərinin keçirilməsinə başlanılıb. Gün ərzində 4 seans olmaqla təşkil olunan bayram şənlikləri 2 gün davam edəcək.

Nağıl qəhrəmanlarının, o cümlədən Şaxta Baba və Qarqızın iştirakı ilə keçirilən şənliklər uşaqların böyük sevincinə səbəb olub. Peşəkar heyət tərəfindən həyata keçirilən tədbirin bədii hissəsi tamaşaçılar tərəfindən də məmnuniyyət hissi ilə qarşılanıb.

Şənliklərdən sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı üzvlərinin azyaşlı uşaqlarına ittifaq adından Yeni il bayram sovqatı paylanılıb.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ənənəsinə sadiq qalaraq, hər il olduğu kimi bu bayram ərəfəsində də tədbirdə iştirak etmək imkanı olmayan, Bakı şəhərindən kənarda yerləşən FHN-in qurumlarında çalışan əməkdaşların azyaşlı uşaqları üçün bayram sovqatları göndərib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu