Geri

FHN Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

29 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Mərasimdə FHN Akademiyasının və paytaxtda fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarının rəhbərləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, eləcə də rayon ərazisindəki bir sıra dövlət qurumlarının məsul şəxsləri və mətbuat nümayəndələri iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə, tədbir iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş videoçarxı izləyiblər.

Sonra FHN Akademiyasının rəisi general-mayor Baba Salayev iştirakçıları təbrik edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim azərbaycanlıların həmrəyliyini, təşkilatlanmasını diqqət mərkəzində saxlayıb. Natiq deyib ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi qazanıldıqdan sonra həmrəylik anlayışı yeni məzmun kəsb etdi. Dövlət müstəqilliyinin qorunması üçün xalqın böyük bir ideya - Azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi tarixi zərurətə çevrildi. Ümummili lider Heydər Əliyev mükəmməl Azərbaycançılıq konsepsiyası hazırlayaraq bu çətin və şərəfli missiyanın öhdəsindən məharətlə gəldi. B.Salayev qeyd edib ki, Dahi Rəhbərin müdrik siyasətinin alternativsiz davamçısı olan Prezident İlham Əliyev də daim milli birliyə, həmrəyliyə böyük əhəməyyət verir. Dövlət başçımız nəinki hansısa diaspor təşkilatımızın, hətta ayrı-ayrı fərdlərin də müstəqil Azərbaycan dövləti ətrafında birləşməsini mühüm amil hesab edir. Məhz cənab Prezidentin tapşırığı əsasında xarici ölkələrdəki diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir.

Akademiyanın rəisi tədbir iştirakçılarını Yeni il bayramı münasibətilə də təbrik edib. O, diqqətə çatdırıb ki, bu təqvim dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə əziz bayram kimi daxil olub.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da təbriklərə qoşularaq dünya azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin milli birliyin əldə olunmasına yönəlmiş tarixi fəaliyyətindən söz açıb, dövlət başçısı İlham Əliyevin bu istiqamətdə gördüyü misilsiz işlərdən danışıb.

Sonra tədbir Akademiyanın orkestrinin və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbirlər keçirilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu