Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda növbəti maarifləndirmə tədbirlərini keçirib

27 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 1 nömrəli Peşə liseyində, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər şəhər Şıxarx qəsəbə 1 nömrəli tam orta məktəbində, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi şəhər Təhsil Mərkəzində, 8 nömrəli Uşaq bağçasında, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi  Şirvan şəhər “Retro” MMC-nin Sement zavodunda, Saatlı rayon 71 nömrəli yanacaqdoldurma məntəqəsində, Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbində,  Çuxanlı kənd Həkim məntəqəsində, Salyan şəhər 18 nömrəli Uşaq bağçasında, ​Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı şəhər ticarət obyektində, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Siyəzən və Qusar şəhər yanacaqdoldurma məntəqələrində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məruzələr edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub. Eyni zamanda, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirib. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu