Geri

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaq, idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq, uşaq,  yeniyetmə və gənclərdə idmana qarşı sağlam ruhu oyatmaqdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəis müavini Bəhruz Ağayev, hüquqşünas Həmid Məmmədov, idman-təlim şöbəsinin rəisi Orxan Ağayev, məşqçi müəllimlər və valideyn heyəti iştirak edib.

Toplantıda “İdmançıların nizam-intizam və davranış qaydalarına əməl etmələri”, “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi”, “İdmançıların xüsusiyyətləri və perspektivlikəri”  mövzularında çıxışlar olunub. Diskusiya şəraitində keçən tədbirdə valideynlər öz təkliflərini səsləndirməklə fəal iştirak ediblər.

Sonda suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu